Almaniya Bundesliqasında 4-cü tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə bir görüş reallaşıb.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Bayer” səfərdə son çempion “Bayern”lə qarşılaşıb. Dörd qolluq bu matçda qalib müəyyənləşməyib. Bu, hər iki komandanın cari mövsümdəki ilk xal itkisidir.
Almaniya Bundesliqası
4-cü tur
15 sentyabr
Bayern – Bayer 2:2
Qollar: H.Keyn, 7. L.Qoretska, 86 – Qrimaldo, 24. E.Palasios, 90+4-pen.
16 sentyabr
17:30. Köln – Hoffenhaym
17:30. Frayburq – Borussiya (Dortmund)
17:30. Maynts – Ştutqart
17:30. Leypsiq – Auqsburq
17:30. Volfsburq – Union Berlin
20:30. Bohum – Ayntraxt (Frankfurt)
17 sentyabr
17:30. Haydenhaym – Verder
19:30. Darmştadt – Borussiya (Mönhenqladbah)