Misli Premyer Liqasının 6-cı turunda debutant "Araz Naxçıvan" bu gün "Dalğa Arena" da "Neftçi"ni qəbul edəcək. Ötən turda səfərdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub edən "qırmızı-ağlar"ın cinah müdafiəçisi Turan Manafovla əlaqə saxlayıb "xal komandası" ilə görüş barədə nə düşündüyünü soruşduq.
"3 nömrə"nin Fanat.Az-a açıqlaması belə oldu:
"Bizi ağır və maraqlı oyunn gözləyir. Hər şey öz əlimizdədir. Hər komandaya rəqib nə qədər imkan verirsə, o qədər futbol oynayır. Biz də çalışacağıq ki, rəqibə imkan verməyək və öz oyunumuzu oynayaq. Daha çox əziyyət çəkməliyik. Çünki "Neftçi" bu yay yaxşı legionerlər transfer edib. Həqiqətən yaxşı komandadır. Müsbət nəticə üçün əlimizdən gələni edəcəyik. Xal və xallar qazanmaq üçün çalışacağıq".
Nahid Məmmədov