"Barselona"nın baş məşqçisi Xavi klubla müqavilənin uzadılması ilə bağlı razılığa gəldiyini və bunun yaxın günlərdə rəsmən açıqlanacağını təsdiqləyib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis Kataloniya təmsilçisi əməkdaşlığı niyə yalnız bir il uzatmağa razılaşdığını da izah edib.
“Bu barədə prezidentlə, idman direktoru Deku ilə danışdım. Görülən işin nəticələri mənim üçün çox vacibdir. Mövsümün sonunda dəqiq hədəflər yoxdursa, uzunmüddətli müqavilə imzalamamalısan. Baş məşqçi postunda bir neçə il qalmaq üçün mübarizə aparmalısan. Söhbət oyunun səviyyəsindən və titullardan gedir.
Mən heç vaxt klub üçün problem olmayacağam. Metodlarımın işləmədiyini görsəm, gedəcəm. İndiyə qədər gördüyüm iş məni ruhlandırır, layihəmiz hələ də çox aktualdır. Şübhəsiz, müqavilənin uzadılması bir neçə gündən sonra elan olunacaq”.
Xavi 2021-ci ilin noyabrından "Barselona"nı çalışdırır. İspan mütəxəssisin klubla indiki müqaviləsi 2024-cü ilin yayına qədərdir. Ötən mövsüm "Barselona" onun rəhbərliyi altında İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.
Nihat