Birinci Liqanın ilk turunda "İmişli" ni qəbul edən "Araz Saatlı" 0:3 hesablı ağır məğlubiyyət aldı. Komandanın baş məşqçisi Şəhriyar Məmmədova uğursuz debütlə bağlı bir neçə sual ünvanladıq.
Onun Fanat.Az-a müsahibəsini təqdim edirik:
- Birinci turda "İmişli" yə məğlub olduz. Oyunla bağlı nə deyə bilərsiniz?
- Məğlubiyyət təcrübə baxımından zəif olmağımızdan və komanda olaraq peşəkar səviyyədə ilk dəfə çıxış etməyimizdən irəli gəlir.
- Mübahisəli olan ikinci qol sizcə ofsayddan vurulmuşdu?
- Düşünürəm ki, ikinci qol ofsaytdan vurulmamışdı.
- Klub rəhbərliyi yenilgini necə qarşıladı? Bu haqda danışığınız olubmu?
- Klub rəhbərliyi də səbəbləri bilir. Nöqsanları aradan qaldırmaq üçün dayanmadan çalışırıq. Çatışmazlıqları ümumiyyətlə klub rəhbərliyi və məşqçi heyyəti olaraq birgə həll etmək istəyirik.
- Azarkeş dəstəyi gözlədiyiniz kimi idi?
- Azarkeşləri məncə, oyunumuzla daha çox qazanmalıyıq. İnanırıq ki, bundan sonra da bizi meydanda tək buraxmayacaqlar. Nəzərə alaq ki, oyundan öncə hava bir az da yağmurlu idi.
Nahid Məmmədov