Braziliyalı hücumçu Neymar "Əl Hilal"da debüt edib.
Fanat.Az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda "Əl Riyad"la görüşdə (6:1) meydana çıxıb.
Oyuna 64-cü dəqiqədə qoşulan Neymar komandasının 4-cü qolunun ötürməsini edib.
Qeyd edək ki, 16 xalı olan "Əl Hilal" çempionatın lideridir.