Birinci Liqanın ilk turunda "Karvan" nın qonağı olan "Mingəçevir" 1:4 hesablı məğlubiyyətlə üzləşdi. Komandanın baş məşqçisi Samir Məmmədovla əlaqə saxlayıb Yevlaxdakı ağır yenilgi ilə bağlı fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyuna ciddi hazırlaşmışdıq, amma baş hakimin ədalətsiz qərarları komandamızın inamını sındırdı. Penalti epizodu mübahisəli idi. İkinci hissədə bizim oyunçuya da eyni vəziyyət oldu. Lakin hakim heç bir qərar qəbul etmədi. Qırmızı vərəqələrə gəlincə, oyunçularımız həyacanlarına yenilib təxribata uydular. Onların oyunçusu azarkeşlərimizə yan hakimin gözünün qarşısında qeyri-etik hərəkət etsə də, referi heç bir qərar qəbul etmədi. Bir neçə dəqiqə sonra yenə eyni oyunçu eyni hərəkəti baş hakimin gözü qarşısında yenidən təkrarladı. Hakim ikinci sarı vərəqə ilə onu meydandan uzaqlşadırdı".
Nahid Məmmədov