Portuqaliya millisinin təcrübəli ulduzu Kriştianu Ronaldu koronavirus pandemiyası dönəmində maaşların ödənilməməsinə görə sabiq klubu "Yuventus"u məhkəməyə verib.
Fanat.Az-ın"La Gazzetta dello Sport"a istinadən məlumatına görə, 38 yaşlı hücumçu həmin vaxt almadığı 19,9 milyon avronu tələb edib.
"Yuventus" pandemiya dönəmində bir sıra ödənişli futbolçuları ilə razılaşaraq maaşlarını azaltmışdı. Bu isə o deməkdir ki, Kriştianu 2020-ci ildə almamağa razı olduğu məbləği geri istəyir.
Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"də çıxış edən Ronaldu 2018-2021-ci illər aralığında Turin klubunun formasını geyinib.
Nihat