"Əl-Hilal"ın braziliyalı hücumçusu Neymar sosial şəbəkədə Səudiyyə Ərəbistanı klubundakı debütü barədə paylaşım edib.
Fanat.Az xəbər verir ki, sambaçı iki cümlə ilə kifayətlənib:
“Debüt oyunumda qələbə qazandığımız üçün çox şadam. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm”.
Cənubi amerikalı forvard Səudiyyə Ərəbistanı çempionatının 6-cı turunda "Əl Riyad"la görüşdə (6:1) meydana çıxıb. Oyuna 64-cü dəqiqədə qoşulan Neymar 83-cü dəqiqədə komandasının 4-cü qolunun ötürməsini edib.
Neymar 2023-cü ilin yay transfer pəncərəsində 90 milyon avro qarşılığında "Əl-Hilal"a keçib. Futbolçunun rəsmi təqdimatı avqustun 19-da baş tutub.
Nihat