"Milan"ın vingeri Rafael Leau bu mövsüm niyə "İnter"ə qarşı bu gün keçirəcəkləri derbidən öncə fikirlərini bölüşüb
Fanat.Az xəbər verir ki, "MilanPress.it" Leaunun dediklərini belə çatdırıb:
“Mən eqoist oyunçu deyiləm, ona görə də meydanda daha çox komanda yoldaşlarıma dəstək olmağa, düzgün olanı etməyə çalışıram. Həmişə kimin daha əlverişli mövqedə olduğunu yoxlayıram.
"Milan"da 10 nömrəli forma ilə böyük futbolçular oynayıblar. Bu formanı götürmək və nəyə qadir olduğumu göstərmək üçün doğru zaman yetişdi.
“İnter”lə oyunlar həmişə əla olur. Hər iki komanda bu qarşılaşmaya köklənib. Səbirsizliklə gözləyirəm. Qoy ən yaxşı qalib gəlsin”.
Qeyd edək ki, "İnter" - "Milan" matçı bu gün, Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Nihat