Premyer Liqanın 6-cı turu çərçivəsində keçirilən "Kəpəz" - "Səbail" matçında istefa şüarı səsləndirilib.
Fanat.Az xəbər verir ki, hazırda davam edən görüşdə qonaqların vurduğu 2-ci qoldan sonra bir qrup yerli tərəfdar komandaya etirazını bu şəkildə bildiriblər.
Təxminən bir dəqiqə çəkən etiraz polislərin və mühafizə əməkdaşlarının müdaxiləsindən sonra kəsilib.
Qeyd edək ki, hazırda ilk yarısı oynanılan matçda "Səbail" 2:0 öndədir.
Mirağa