“Kəpəz” stadionunda yenilik həyata keçirilir.
Fanat.Az xəbər verir ki, Gəncə klubu akademiya inşa olunarkən üstü bağlanan məşhur tuneli yenidən istifadəyə hazırlayır.
Artıq təmir işlərinə start verilib. Akademiyanın qarşısından tunelə giriş pilləkənləri inşa olunub. Hazırda içəridə istinad divarları təmir olunur.
Beləliklə, futbolçular yeni tikilən akademiyanın paltardəyişmə otaqlarıdan meydana məhz həmin tunellə çıxacaqlar.
Qeyd edək ki, məşhur “Gəncə tuneli” milli çempionatların ilk illərində dəfələrlə qonaq komandaların futbolçularının döyülməsinə şahidlik edib.
Mirağa