"Bayern Münhen"in müdafiəçisi Matteys de Liqt "Bayer Leverkuzen"lə oyundan (2:2) sonra bu mövsüm az oynamasından şikayətlənib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:
“Son dörd oyunda çox oynamadım. Bu, dəhşətli və əlbəttə ki, xoşagəlməzdir. Təbii, mən həmişə oynamaq istəyirəm. Tuxel mənə ehtiyat müdafiəçi gözü ilə baxdığını deyib? Yox, belə şey olmayıb”.
Daha əvvəl Tomas Tuxelin arxa xətt oyunçusundan narazı olduğu bildirilirdi.
Xatırladaq ki, Matteys cari mövsüm Bundesliqa çərçivəsində çıxdığı 4 oyunda ümumilikdə 40 dəqiqə meydanda olub. "Bayern" de Liqti 2022-ci ildə "Yuventus"dan alıb. Münhen klubu bu keçid üçün turinlilərə 67 milyon avro ödəyib.
Nihat