İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq mərkəz müdafiəçisi Rio Ferdinand "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingemdən danışıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" onun dediklərini belə çatdırıb:
"Cudu Cerrard, Lempard, Skoulz ilə müqayisə edəcəklər. Onu da deyim ki, bu futbolçuların heç biri Bellingem yaşda olanda onun etdiklərini edə bilməyiblər. Bu, sıradan fakt deyil. Cud belə davam etsə, "Qızıl top"u qazana bilər. Karyerasını bir, iki, bəlkə də üç "Qızıl top" almadan başa vursa, çox təəccüblənərəm. Çünki o, böyük üstünlüklərə malik, seçilən oyunçudur. Bellingem səviyyədə, bəlkə də ondan bir az da üstün futbolçular görmüşəm. Ancaq onların heç birində ən vacib şey - Cudun futbol mentaliteti olmayıb. Bu yaşda "Real Madrid"ə keçmək və ilk 4-5 matçda ən yaxşı oyunçu olmaq fenomenaldır, eşidilməmiş bir şeydir".
Nihat