Misli Premyer Liqasının 6-cı turunda debutant "Araz Naxçıvan" dünən "Dalğa Arena" da "Neftçi"ni 0:1 məğlub etdi. Cari mövsüm adından söz söz etdirən "qırmızı-ağlar"ın yarımmüdafiəçisi Tural Bayramlı ilə əlaqə saxlayıb "Dalğa Arena"dakı görüş barədə fikirlərini öyrəndik.
"39 nömrə"nin Fanat.Az-a açıqlaması belə oldu:
"Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bu da əziyyətimizin nəticəsidir. Dünən qalib gəldik. Artıq "Neftçi" üzərində qələbəni unudub qarşıdan gələn matça - "Səbail" lə oyuna hazırlaşırıq. Hamı bilir ki, bir idi oynamırdım və bunu hamı bilir. Buna baxmayaraq, yavaş-yavaş formaya düşürəm. Daha da "artırıb" komandama faydalı olmağa çalışacam. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".
Nahid Məmmədov