Argentina millisinin və Mayami "İnter"inin hücumçusu Lionel Messi gündəlik həyatdakı davranış qaydalarından danışıb.
Fanat.Az xəbər verir ki, ulduz futbolçunun argentinalı jurnalistlərə açıqlamasını TN belə çatdırıb:
"Evdə özümün və ailə üzvlərimin ciddi şəkildə riayət etdiyi müəyyən davranış qaydalarımız var. Ümumiyyətlə, mənim çoxlu kaprizlərim var. Məsələn, yatmazdan əvvəl sabahkı gün üçün süfrə hazırlayıram. Yəni səhər yeməyi... Bundan başqa, masa arxasında hər kəs öz yerində, həmişə oturduğu stulda əyləşməlidir. Mən, Antonella, uşaqlar, hər kəs öz yerini bilir”.
Lionel Messi bu yay azad agent kimi PSJ-dən "İnter Mayami"yə keçib. Onun Amerika klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin sonuna kimidir. 36 yaşlı hücumçu "İnter Mayami"nin heyətində artıq 11 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Mirağa