"Tottenhem"in prezidenti Daniel Levi gözlənilməz açıqlama verib.
Fanat.Az Britaniya KİV-inə istinadən xəbər verir ki, ötən gün azarkeşlərlə görüş keçirən klub prezidenti "Tottenhem"in "Bayern Münhen"dən Harri Keyni geri almaq imkanı var.
Müvafiq bənd Keynin almanlarla bağladığı müqaviləyə daxil edilib. Ancaq o, bunun reallaşması üçün şərtləri açıqlamayıb.
Xatırladaq ki, Harri Keyn “Tottenhem”in sıralarını ötən yay tərk edib. Hotspurlular ulduz futbolçunun "Bayern"ə satışından 100 milyon avrodan çox gəlir əldə edib.
Bu axşam Keyn "Bayern"in heyətində Çempionlar Liqasında ilk oyununu keçirəcək. Alman nəhəngi Münhendə "Mançester Yunayted"i qəbul edəcək.
Mirağa