Fransanın "Olimpik Marsel" komandası baş məşqçisi Marselino Qarsiya Toralı istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.
Hələlik rəsmi təsdiq olmasa da, Fransa nəşri iddia edib ki, Marselinoya artıq qapı göstərilib. Köməkçiləri də onunla birlikdə "Velodrom"u tərk edəcəklər.
Qeyd edək ki, Marselino yayda Fransa nəhənginə keçmişdi. Komanda onun rəhbərliyi altında çempionatda beş turdan sonra 9 xal toplayıb. Eyni zamanda, komanda təsnifat mərhələsində “Panatinaikos”a məğlub olaraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Mirağa