"Real Madrid" yarımmüdafiəçisi Eduardo Kamavinqa sol cinah müdafiəçisi oynamağı sevmədiyini deyib.
Fanat.Az xəbər verir ki, "Madrid Universal" Fransa millisinin üzvünün dediklərini belə çatdırıb:
"Sol cinah müdafiəçisi kimi özümü necə hiss edirdim? Bilirdim ki, bir gün kimsə mənə bu sualı verəcək. Mən komanda oyunçusuyam və "Real"a istənilən mövqedə oynayaraq kömək etmək öhdəliyim var. Müəyyən təcrübə topladım. O mövqedə oynamağı sevməsəm də, bəzən bunu etmək məcburiyyətində oluram”.
Kamavinqa "Real"a 2021-ci ildə Fransanın "Renn" klubundan Real keçib. İspaniya nəhəngi sözügedən futbolçunu 40 milyon avroya alıb.
Nihat