"Mançester Yunayted"in sabiq hücumçusu və çalışdırıcısı Ule-Qunnar Sulşer yenidən məşqçiliyə qayıtmaq istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "The Athletic" onun dediklərini belə çatdırıb:
“Son olaraq Səudiyyə Ərəbistanından təklif almışam. Mənim agentim olan ən yaxşı dostum onları araşdırır. Əlbəttə, bir vaxtlar “Mançester Yunayted”də çalışmısınızsa, kiminlə və harada işləmək istədiyinizə özünüz qərar verirsiniz. İngiltərəni və Premyer Liqanı bəyənirəm. Deyərdim ki, Çempionşip də indi həmişəkindən daha güclü görünür. Amma özümü bu ölkəyə bağlı saymıram.
Ən çox darıxdığım şey hər gün gördüyün yaxşı insanlarla işləmək, onlarla futbolu müzakirə etmək və növbəti oyun üçün plan qurmaqdır".
Nihat