Almaniyalı mütəxəssis Stefan Kunts Türkiyə millisinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Fanat.Az xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.
Kunts 2021-ci ildən Türkiyə millisinə rəhbərlik edirdi.
Daha öncə mətbuatda 60 yaşlı mütəxəssisə istefaya göndəriləcəyi ilə bağlı zəng edildiyi barədə informasiyalar yayılmışdı.
Yazılanlara inansaq, Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv Kuntsun yerinə əsas namizəddir.
Nihat