Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Bayern Münhen" doğma meydanda "Mançester Yunayted"i 4:3 hesabı ilə məğlub edib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Almaniya nəhənginin 34 yaşlı futbolçusu Tomas Müller əvəzetmədən oyuna qoşulmaqla qələbədə iştirak edib.
Bu, Müllerin Çempionlar Liqasında 100-cü qələbəsi olub. O, bunu bacaran üçüncü oyunçu olub. Çempionlar Liqası matçlarında yalnız İker Kasilyas (101) və Kriştianu Ronaldu (115) daha çox qələbə qazanıb.
Onu da qeyd edək ki, “Bayern” Çempionlar Liqasında rekord məğlubiyyətsizlik seriyasını davam etdirib. Münhen klubu qitənin ən nüfuzlu klub turnirində yenilməzlik seriyasını 35 matça çatdırıb. Bu, turnirin rekordudur. Almanlar qrup mərhələsində sonuncu dəfə 2017-ci ildə PSJ-yə məğlub olub. Həmin vaxtdan bu yana Münhen klubunun hesabında 32 qələbə və 3 heç-heçə var.
Mirağa