UEFA-nın İntizam Komitəsi Ukrayna millisinin İngiltərə (1:1) və İtaliya ( 1:2 ) ilə AÇ-2024-ün seçmə oyunlarında yaşananlara görə sözügedən ölkənin futbol assosiasiyasını cəzalandırıb.
Fanat.Az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, UAF ukraynalı azarkeşlərin irqçi davranışına görə 20 min avro cərimələnib.
Bundan başqa, Ukrayna millisi növbəti oyununu ev sahibi kimi ( Praqada Şimali Makedoniya ilə) qismən bağlı sektorlar önündə keçirəcək. Növbəti səfər matçı (Malta ilə) üçün UFA-ya öz azarkeşlərinə bilet satması qadağan edilib.
Yerli futbol qurumu həmçinin, azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadəyə görə 5 min avro, ictimai keçidlərin bağlanmasına görə isə əlavə olaraq 8 min avro cərimələnib.
Qeyd edək ki, Ukrayna millisi oktyabrın 14-də Şimali Makedoniya, oktyabrın 17-də isə Malta ilə qarşılaşacaq.
Mirağa