"Barselona"nın müdafiəçisi Aleks Balde Kataloniya klubu ilə müqavilə yeniləməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:
“Artıq 13 ildir ki, “Barselona”dayam. Klubla bağlı yalnız xoş xatirələrim var. Həmişə əsas komandada oynamaq arzusunda olmuşam. Ailəmə, eləcə də etimad göstərdiyi üçün baş məşqçiyə təşəkkür edirəm.
“Barselona”nın əsas komandasında oynamaq çoxlu zəhmət və fədakarlıq tələb edən uzun bir yoldur. Hər uşaq belə arzuya çata bilməz. Ümid edirəm ki, komandanın uğurlarına öz töhfəmi verməyə davam edəcəm. Mənim cəmi 19 yaşım var və hələ öyrənməli çox şey öyrənməliyəm.
Bu il bizim inanılmaz dərəcədə istedadlı komandamız var. Əlbəttə, böyük titullar qazanmaq üçün hər birimiz hər gün özümüzün ən yaxşı versiyası olmalıyıq”.
Nihat