"Barselona" "Mançester Siti"nin müdafiəçisi Joau Kanselonun birdəfəlik transferini reallaşdırmaq üçün 25 milyon avrosundan keçməlidir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
İngiltərə Premyer Liqa klubundakı mənbəsinə əsaslanan nəşrin məlumatına görə, "şəhərlilər" 29 yaşlı portuqaliyalı üçün məhz bu qədər məbləğ tələb edəcək.
Qeyd edək ki, transfer pəncərəsinin son günündə Kanselu icarə əsasında "Barselona"ya keçib, amma anlaşmaya alış hüququ daxil deyil. Kataloniyalıların rəhbərliyi bir müddət əvvəl bildirmişdi ki, portuqaliyalı özünü sübut edə bilsə, onu almağa çalışacaqlar. Kanselu isə bütün turnirlərdə "Barselona"nın heyətində keçirdiyi ilk üç matçda bir qol vurub.
Mirağa