İtaliya Futbol Federasiyası "İnter"in braziliyalı müdafiəçisi Karlos Aqustonun milli komandasında oynamasını istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano "Twitter" hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, federasiya rəhbərliyi artıq idman vətəndaşlığının dəyişdirilməsi ilə bağlı 24 yaşlı braziliyalı ilə əlaqə saxlayıb. Bununla belə, Auqustonun hələlik İtaliya tərəfinin təklifini qəbul etmək istəmədiyi və Braziliya millisinə çağırılacağına inandığı vurğulanır.
Bu mövsüm Auqusto "İnter"in heyətində beş matç keçirib. Onun hüquqları "Montsa"ya məxsusdur, "İnter"də bir illik icarədədir.
Mirağa