Almaniya Futbol İttifaqı milli komandanın yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, sentyabrın 10-da uğursuz nəticələr səbəbindən istefaya göndərilən Hans-Diter Flikin yerini Yulian Nagelsman tutub.
36 yaşlı mütəxəssis müddəti 2024-cü ilin iyul ayının sonuna qədər olan müqaviləyə imza atıb. Nagelsmanın köməkçilərinin də adları bəllidir: Sandro Vaqner və Bencamin Qlük.
Xatırladaq ki, Nagelsman bu ilin martında "Bayern Münhen"i tərk etmişdi.
Nihat