"Liverpul"un baş məşqçisi Yürgen Klopp rekorda imza atıb.
Fanat.Az "Anfield Watch"a istinadən xəbər verir ki, alman çalışdırıcı "qırmızlar"la avrokuboklarda ən çox qələbə qazanan mütəxəssis ünvanına sahib çıxıb.
Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun matçında “Liverpul” LASK-ı 3:1 hesabı ilə məğlub edib. Bu, mersisaydlıların Kloppun rəhbərliyi altında 50-ci avrokubok zəfəri olub. Daha öncə heç bir məşqçi "Liverpul"un "sükanı arxası"nda qitəmiqyaslı turnirlərdə bu sayda qələbə görməyib.
Xatırladaq ki, Klopp 2015-ci ildə “Liverpul”u çalışdırır. Onun İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Nihat