Xəbər verdiyimiz kimi, AFFA və Bakcell şirkətinin birgə layihəsi çərçivəsində "Mançester Yunayted" Yay Futbol Məktəbinin "Bakcell Arena"da təşkil olunacaq təlim-məşq toplanışında iştirak etmək üçün Mingəçevir, Gəncə, Lənkəran, Sumqayıt və Bakı şəhərlərində seçim turları təşkil olunmuş və 32 ən istedadlı uşaq seçilərək toplanışa cəlb olunmuşdu. Azerisport.az xəbər verir ki, "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri tərəfindən keçirilən toplanış artıq başa çatıb. Prosesdə iştirak edən uşaqların arasından 6 nəfər seçilib və onlar İngiltərənin Mançester şəhərinə yollanaraq "Mançester Yunayted" futbol məktəbində hazırlıq keçəcəklər.
İdman24.az