PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Paris klubunun keçmiş hücumçusu Lionel Messinin Fransa nəhənginin onu 2022-ci il dünya çempionatının qalibi olması münasibətilə təbrik etməməsi ilə bağlı açıqlamasına cavab verib.
Fanat.Az-ın məlumatına görə, "RMC Sport" Əl-Xelaifinin dediklərini belə çatdırıb:
“Biz Messini həm məşqdə, həm də şəxsən təbrik etdik. Amma PSJ Fransa klubudur. Bu səbəbdən stadionda bayram keçirilmədi. Biz DÇ-də Fransa millisində çıxış edən futbolçulara, eləcə də azarkeşlərimizə hörmət edirik. Messi inanılmaz oyunçudur və burada oynadığı dönəmdə onunla qürur duyurduq".
Xatırladaq ki, argentinalı hücumçu 2021/2022 və 2022/2023 mövsümlərində PSJ-nin formasını geyinib. Messi bu yay Paris təmsilçisindən azad agent qismində ayrılaraq "İnter Mayami"yə keçib.
Nihat