Birinci Liqanın iddialılarından olan "Karvan" komandası heyətini daha bir legioner transfer edir.
Bu haqda Fanat.Az-a Yevlax təmsilçisinin sözçüsü Bəhruz Musayev məlumat verib.
O, komandanın qabonlu mərkəz müdafiəçisi ilə gücləndiyini bildirib:
"Ötən gün komandanın heyətinə yeni futbolçu qoşulub. Bu, qabonlu mərkəz müdafiəçisi Ondo Vensli Makkaşdır. Afrikalı oyunçu baxışdan uğurla keçsə, klubun uğurları üçün çalışacaq. İyirmi yaşlı futbolçu ölkəsinin aşağı yaş qruplarının millisində də forma geyinib".
Nahid Məmmədov