İngiltərə millisinin sabiq hücumçusu Pol Merson Premyer Liqada keçiriləcək "Arsenal" - "Tottenhem" oyunu ilə bağlı proqnoz verib.
Fanat.Az-ın məlumatına görə, "Sky Sports" Mersonun dediklərini belə çatdırıb:
"Arsenal"ın qələbəsindən başqa heç bir variant görmürəm. Düşünürəm ki, "topçular" onları məğlub edəcək, buna əminəm. "Tottenhem"i parçalayacaqlar. Hotspur təmsilçisinin oyun üslubunu dəyişəcəyinə şübhə edirəm. "Arsenal" sona qədər mübarizə aparır və yaxşı futbol sərgiləyir. Onların oyun tərzini, baş məşqçilərini bəyənirəm. Bu, fanatik futboldur".