"Atletiko Madrid"in hücumçusu Alvaro Morata İspaniya La Liqasının 6-cı turunda "Real" üzərində qazandıqları qələbəni (3:1) şərh edib.
Fanat.Az xəbər verir ki, "Marca" ispan forvardın dediklərini belə çatdırıb:
“Hər kəs üçün inanılmaz dərəcədə şadam. Bu matçda azarkeşlər ən vacib rol oynamalı idilər ki, belə də oldu. Biz bir yerdəyik: futbolçular meydanda, onlar isə tribunada. Biz futbol oynamalıyıq və bunu çox yaxşı bacarırıq.
Özümü komanda üçün vacib saymaq mənim üçün çox önəmlidir. Bu il özümü həmişəkindən daha lazımlı sayıram. Ümid edirəm ki, qalib gəlməyə davam edəcəyik. Çünki mən Atletiko ilə mükafat qazanmaq istəyirəm. Qoy uşaqlar məktəbə "Atletiko"nun formaları ilə getsinlər və bizimlə fəxr etsinlər”.
Nihat