"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Tottenhem"ə qarşı "Emireytes - Eşberton Qrouv"da keçirdikləri matçda (2:2) komandanın yarımmüdafiəçisi Deklan Raysın zədələnməsindən danışıb.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssis fasilədə əvəzlənən ulduz yarımmüdafiəçi barədə fikirlərini klubun rəsmi saytına bölüşüb:
“Onun kürəyində bir qədər narahatlıq var idi. İlk hissədə özünü yaxşı hiss etmədiyini dedi. Fasilədə isə oynaya bilməyəcəyi bəlli oldu. Onu bu səbəbdən əvəzlədik".
"Arsenal" Raysı 2 ay öncə "Vest Hem"dən alıb. "Topçular" bu transfer üçün qarşı tərəfə 116,6 milyon avro ödəyib.
Cari mövsüm İngiltərə Premyer Liqasında 5 matça çıxan 24 yaşlı yarımmüdafiəçi 1 qol vurub.
Nihat