32 yaşlı ispan yarımmüdafiəçi Tyaqo Alkantara yanvardakı transfer pəncərəsində "Liverpul"u tərk edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.
Mənbənin məlumatına görə, mersisaydlılar təcrübəli futbolçunun transferi üçün sərfəli təklif alacağı təqdirdə, onunla ayrılmaq qərarına gələcəklər. Səudiyyə klublarının və İspaniya "Real Sosyedad"ının Alkantaranı transfer etmək istədiyi bildirilir.
Ötən mövsüm yarımmüdafiəçi "qırmızı-qaralar"ın heyətində 28 matçda iştirak edib, 1 məhsuldar ötürmə edib. Tyaqo 2020-ci ilin sentyabrından “Liverpul”da çıxış edir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2024-cü ilin iyunun sonunda başa çatacaq.
Mirağa