"Ayaks"ın əfsanəvi hücumçusu Marko van Basten sabiq klubunun "Feyenoord"la görüşündə yaşananlara çox sərt reaksiya bildirib.
Fanat.Az İtaliyanın "ITASportPress" agentliyinə istinadən xəbər verir ki, veteran futbolçu çempionatı müvəqqəti dayandırmağı təklif edib:
"Niderlandda futbol dayandırılmalıdır! Ən azı bir müddət ara vermək lazımdır. Belə biabırçılığa baxmaq olmaz”.
Qeyd edək ki, "Ayaks" - "Feyenoord" oyununda ilk hissənin sonunda Rotterdam komandası üç qol vurduqdan sonra meydança odlu toplarla bombalanıb və matç yarımçıq dayandırılmalı olub.
Mirağa