“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçin “Hekken” klubu üç futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, qapıçı Peter Abrahamsson, müdafiəçi Yohan Hammar və yarımmüdafiəçi Samuel Qustafsonun anlaşması yenilənib.
Abrahamsson və Qustafsonun yeni müqavilələri 2, Hammarda isə üç illikdir.
“Hekken” hazırda 47 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” qrupda növbəti oyununu məhz “Hekken”ə qarşı keçirəcək. Azərbaycan təmsilçisi rəqibi ilə oktyabrın 5-də səfərdə üz-üzə gələcək. Tərəflər arasındakı ikinci oyunu isə dekabrın 14-də Bakıda keçiriləcək.