"Qalatasaray"dan ayrılandan - bu ilin yanvarından işsiz olan Fatih Terim sabiq klubuna qayıdır.
Fanat.Az "Sabah"a istinadən xəbər verir ki, türk mütəxəssis "Fiorentina" rəhbərliyi ilə danışıq aparır.
Mənbə tərəflərin razılığa gəlmək ehtimalının yüksək olduğunu vurğulayıb.
70 yaşlı Terim 2000/2001mövsümündə Florensiya təmsilçisini çalışdırıb. O, "bənövşəyilər"i ümumilikdə 28 rəsmi matça çıxarıb. İtaliya təmsilçisinin "sükanı arxası"nda 10 qələbə, 11 bərabərlik və 7 məğlubiyyət görən Terimin komandası 43 xal toplamış, A Seriyasını 9-cu pillədə başa vurmuşdu.
Nihat