Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin klubu - Türkiyə təmsilçisi “Adana Dəmirspor” legioner qapıçısı Qoran Karaçiçlə əməkdaşlığa son qoyub.
Fanat.Az-ın məlumatına görə, adanalılar bosniya və herseqovinalı qolkiperin müqaviləsinə təktərəfli xitam verib.
Buna səbəb 27 yaşlı oyunçunun adının Türkiyə Futbol Federasiyası tərəfindən klubun iştirak ərizəsinə salınmaması olub. Nəticədə rəhbərlik Karaçiçlə 2025-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmanı vaxtından əvvəl pozub..
Qeyd edək ki, Karaçiç bu mövsüm UEFA Konfrans Liqasının 3 oyununda “Adana Dəmirspor”un formasını geyinib.