Misli Premyer Liqasında VII tura yekun vuruldu. Lider “Zirə” bu tur da yenilmədi. Sözsüz ki, diqqət çəkən əsas məqam “Səbail”in qələbə seriyasının davam etməsidir. “Dənizçilər” yavaş-yavaş zirvəyə doğru “üzürlər”.
“Sumqayıt” – “Turan Tovuz” 0:0
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Aliev, 9. Erik Sorqa
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 12. Abu Dosso, 18. Kristian Velinovski, 71. Masaki Murata, 60. Tresor Mossi
Məşqçi: Mübariz Orucov
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
Ayxan Abbasovun sabiq komandasıyla növbəti görüşü yenə də prinsipiallığı ilə yadda qaldı. Amma gərgin keçən qarşılaşmada qapılara qol vurulmadı. Düzdür, qonaq komandanın müəyyən üstünlüyü hiss olunurdu. Son anda topu qapıdan keçirmək mümkün olmadığından bu üstünlük də hesabda əks olummadı. Belədə tərəflər hərəsi bir xalla kifayətləndilər. Ümumiyyətlə, “Turan Tovuz” bir daha isbatladı ki, səfərdə daha yaxşı çıxış edir. Tovuz təmsilçisi 1 xal qazansa da, “Qarabağ”la “Səbail”in qələbə qazanması səbəbindən mövqeyində gerilədi. 11 xallı “Turan Tovuz” hazırda dördüncü sıradadır. Səkkiz xallı “Sumqayıt” isə 7-ci sırada yer alır. Keçirdiyi 6 görüşün cəmi ikisində qələbə qazanan “gənclik şəhəri”nin təmsilçisinin turlar irəlilədikcə aşağı pillələrə doğru geriləməsi qanunauyğunluq sayılmalıdır. “Turan Tovuz”un isə “yuxarılar”da nə qədər davam gətirəcəyi maraqla gözlənilir.
“Zirə” – “Neftçi” 1:1
Qollar: Qismət Alıyev, 44-pen - Yuri Matias, 22.
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila.
Baş məşqçi: Rəşad Sadıqov.
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 99. Ervin Koffi.
Baş məşqçi: Adrian Mutu.
Lider “Zirə” vacib oyunda məğlubiyyətdən qaçmağı bacardı. “Neftçi” ilə görüş qəsəbə təmsilçisi üçün heç də yaxşı başlamadı. Müdafiəçi Yuri Matias hücumçuların missiyasını öz üzərinə götürdü və 22-ci dəqiqədə hesabı açdı. Gözləmək olardı ki, “Neftçi” təzyiqi daha da artıracaq və bu üstünlüyünü sona qədər qoruyacaq. Amma Adrian Mutunun komandasının buna gücü çatmadı. Meydan sahibləri artıq fasiləyə qədər məğlubiyyətdən qaça bildilər. Zirəlilərin kapitanı hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirdi. Fasilədən sonrakı görüntülər barədə isə xüsusi nəsə deməyə ehtiyac yoxdu. Çempionatın ən kəsərsiz hücum xəttinə sahib komandalarından ikisinin görüşündə əlavə qol olmadı. Bu da o deməkdir ki, tərəflər ovuclarının içində olan bir xalla kifayətlənib, riskə getmək istəmədilər. Belədə həmin o xal da əldən çıxa bilərdi.
Xal itkisi “Zirə”nin zirvədəki mövqeyinə təsir etmədi. Rəşad Sadıqovun komandası yenə də birinci pillədədir. 16 xallı “Zirə” indi ən yaxın izləyicilərini 3 xal qabaqlayır. Cəmi 9 xal toplamağı bacaran “Neftçi” isə “ekvator xətti”ndə, yəni 6-cı sıradadır.
“Sabah” – “Kəpəz” 2:2
Qollar: Con İrasabal, 24. Boyan Letiç, 51-pen. - Abdullahi Şuaybu, 8. Georgi Papunaşvili, 60.
“Sabah”: 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vinsent Til.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov, 70. Cesse Sekidika, 27. Jarl Marqarita
Baş məşqçi: Murad Musayev.
“Kəpəz”: 12. Kamran İbrahimov, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fal, 21. Martins Junior.
Baş məşqçi: Azər Məmmədov.
“Sabah” yenə də qələbəyə həsrət qaldı. Halbuki, bu dəfəki rəqib xeyli münasib idi və çoxları “Sabah”ın 3 xal həsrətinə “Kəpəz”lə görüşdə son qoyacağını düşünürdü. Amma bu ehtimallar özünü doğrultmadı. Buna görə azarkeşlər komandanın baş məşqçisi Murad Musayevi və onun çətin oyunda etimad göstərdiyi təcrübəsiz qapıçı Rustam Samigullini qınamalıdılar. “Milliləşdirilmiş” qapıçı əvvəlcə Amid Seydiyevin geriyə ötürməsini yaxşı ram edə bilmədi. Fürsətcil Şuaybu da qapıçının özünü itirəcəyini hiss edib onun üstünə getdi və hesabı açdı. İrasabal fasiləyə qədər gözəl baş zərbəsiylə hesabı bərabərləşdirdi. “Sabah”ın artan təzyiqi 51-ci dəqiqədə “Kəpəz”in məğlub duruma düşməsiylə nəticələndi. Letiç penaltidən hesabı 2:1-ə çatdırdı. Amma yenə də “səhnəyə” Rustam çıxdı. 60-cı dəqiqədə “Kəpəz”in yerinə yetirdiyi cərimə zərbəsi zamanı düzgün “canlı sədd” qura bilməyən qapıçı Papunaşvilinin elə də qüvvətli olmayan zərbəsinin tora qovuşmasını da çaşqın baxışları ilə seyr etdi.
“Sabah”ın hesabda yenidən önə çıxmaq üçün yarım saatdan artıq vaxtı olsa da, mənəvi cəhətdən sarsılmış, meydanda nə etdiyini bilməyən futbolçular bunu bacarmadı. Oyunu heç də yüksək səviyyədə idarə etməyən İnqilab Məmmədovun əsas vaxta əlavə etdiyi 8 dəqiqədə də “Kəpəz”i məyus etmək mümkün olmayınca görüş 2:2 hesablı heç-heçəylə bitdi.
“Sabah”la “Kəpəz” “zirzəmi”dən rəqiblərinə boylanmaqda davam edirlər. Özü də hər ikisinin xalı eynidir. Beş xalı olan komandalar 8 və 9-cu pillələri bölüşdürürlər.
“Səbail” – “Araz-Naxçıvan” 1:0
Qol: Pedro Nuno, 45+2-pen.
“Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 23. Nuno Rodriqes.
Baş məşqçi: Azər Bağırov.
Şahin Diniyevin çalışdırdığı komanda hamını təəccübləndirməyə davam edir. “Dənizçilər” 3-cü turda “Zirə”yə məğlub olduqdan sonra xal itirməyiblər. “Səbail” bu dəfə “Araz Naxçıvan”ı üstələdi. Nəzərə almaq lazımdır ki, Naxçıvan təmsilçisi ötən tur “Neftçi”ni məğlub etməklə əhvalını xeyli yaxşılaşdırmış, özünə inamını artırmışdı. İnsafən, qonaqlar Bayılda heç də pis çıxış etmədilər, rəqiblə başabaş mübarizə apardılar. Görüşün taleyini isə Nunonun birinci hissənin sonlarında penaltidən vurduğu qol həll etdi. Qonaqların çoxsaylı cəhdləri fayda verməyincə görüş “Səbail”in 1:0 hesablı qələbəsiylə yekunlaşdı.
“Səbail”in artıq 13 xalı var və Bayıl təmsilçisi liderin ən yaxın izləyicisidir. 10 xallı “Araz Naxçıvan” isə beşinci sırada qərarlaşıb.
“Qəbələ” – “Qarabağ” 1:2
Qollar: Lukas Afriko, 75 - Hamidu Keyta, 2. Nəriman Axundzadə, 11.
Qırmızı vərəqə: Kevin Medina, 42.
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
“Qarabağ”: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 18. Olavio Juninyo.
Baş məşqçi: Qurban Qurbanov
Turun son görüşünün nəticəsindən çox hakimliyi müzakirə mövzusuna çevrildi. FİFA referisi statusunu daşıyan Elçin Məsiyev bir çox mübahisəli qərarla oyuna damğa vurdu. Bilel Auaşeriya ilə Kevin Medina arasındakı münaqişəni birinci alovlandırsa da, hakim yalnız “Qarabağ”ın müdafiəçisini meydandan qovdu. “Qarabağ”ın kəskin hücumu zamanı üstünlük prinsipindən istifadə etməyən referi buna əsəbləşən Qurban Qurbanova da qırmızı vərəqə göstərməsiylə “fərqləndi”. Ümumilikdə isə “Qarabağ” üstün olduğu rəqibinin işini 11 dəqiqəyə bitirdi. Keyta 2-ci dəqiqədə hesabı açdı, Nəriman Axundzadə isə 11-ci dəqiqədə qonaqların üstünlüyüni iki topa çatdırdı. Lukasın 75-ci dəqiqədə vurduğu qol isə “Qəbələ” üçün zəif təsəllidən başqa bir şeyə yaramadı.
13 xalı olan “Qarabağ” 3-cü pillənin sahibir və lider “Zirə”nin ən yaxın iki izləyicisindən biridir. Cəmi 4 xalı olan “Qəbələ” isə sonuncu pillədən çıxmağın yollarını axtarır.
Amal Abuşov