Neymar bu yay keçdiyi "Əl-Hilal"dan ayrılmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Xəbərə görə, braziliyalı ulduz gələn mövsüm ölkəsinin "Santos" klubuna keçməkdə qərarlıdır. Mənbə "sambaçı"nın Səudiyyə Ərəbistanı təmsilçisi ilə 4 yox, 1 illik müqavilə bağladığını iddia edib. Neymarın yetirməsi olduğu "Santos"un rəhbərliyinə şəxsən müraciət ünvanladığı, DÇ-2026-ya məhz Braziliya təmsilçisində hazırlaşmaq istədiyini çatdırdığı vurğulanıb.
Qeyd edək ki, cənubi amerikalı forvard cari mövsüm "Əl-Hilal" forması ilə 3 oyuna çıxaraq 2 məhsuldar ötürmə müəllifi olub.
Nihat