"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borges Rusiya Premyer Liqasının cari mövsümündə "öküzlər"in liderliyindən danışıb.
Fanat.Az xəbər verir ki, braziliyalı "RB Sport"a açıqlamasında belə deyib:
"Turnir cədvəlinin zirvəsində yer aldığımız üçün şadam. Əslində bu, belə də olmalıdır. Çünki klub prezidenti bizim, bütün klub üçün çox şey edir. Bu mövsüm çempionluğu qazanmaq istəyirik”.
"Krasnodar" 9 turdan sonra 21 xalla ən yaxın izləyicisini üç xal qabaqlayaraq turnir cədvəlində birinci yerdədir.
Mirağa