"Milan"ın keçmiş hücumçusu Mario Balotelli keçmiş komandasının Rafael Leaudan asılı olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, "Pianetamilan.it" qalmaqallı forvardın dediklərini belə çatdırıb:
"Rafael Leao olmayanda, "Milan" keyfiyyətini xeyli itirir. Bu, yazda, Leau zədələndiyi və Çempionlar Liqasının "İnter"lə ilk yarımfinal matçını buraxdığı zaman nəzərə çarpdı. Baş məşqçi baş məşqçi Stefano Pioliyə hörmət edirəm, amma Leausuz komanda batar. O, olmadan komanda aciz görünür, Leau olmadan qalib gələ bilmir".
Rafael Leau 2019-cu ildən İtaliya nəhəngində çıxış edir. O, daha əvvəl Portuqaliya və Fransa çempionatlarında oynayıb.
Mirağa