Məşhur italiyalı məşqçi Arriqo Sakki "Milan"ın vingeri Rafael Leaunun komandasının oyununa təsirindən danışıb.
Fanat.Az xəbər verir ki, "Footmercato" Sakkinin dediklərini belə çatdırıb:
“Leau meydandakı davranışı, müdafiəyə qayıtmaması və kollektiv oyun qaydalarına əməl etməməsi ilə "Milan"ın komanda olmasını əngəlləyir. Klubun keyfiyyətli sıçrayış etməsini istəyiriksə, komandadakı hər bir oyunçunun funksional olması və ümumi uğur naminə özünü qurban verməsi lazımdır”.
Xatırladaq ki, Leau cari mövsüm İtaliya çempionatında 5 matça çıxıb. 24 yaşlı futbolçu bu qarşılaşmalarda 3 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat