"Sofascore" statistik portalı Xorvatiya çempionatının 9-cu turun rəmzi komandasını müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, simvolik heyətə Azərbaycan millisinin Zaqreb "Dinamo"sunda forma geyinən hücumçusu Mahir Emreli də düşüb.
"Rudeş"lə səfər matçında (5:1) 1 qol vuran və eyni sayda məhsuldar ötürmə ilə yadda qalan Mahirin çıxışı 8,3 balla qiymətləndirilib.
Qeyd edək ki, Emreli bu mövsüm Xorvatiya çempionatında 6 oyun keçirib. 26 yaşlı forvard bu görüşlərdə 3 qol vurub və komanda yoldaşlarına 2 dəfə assistentlik edib.