"Milan" klubu yeni stadion tikmək istiqamətində ilk rəsmi addımını atıb.
Fanat.Az xəbər verir ki, bu barədə klub mətbuat xidməti vasitəsilə açıqlama yayıb.
"Milan" şəhər şurasına müraciət edərək San Françesko ərazisinin şəhərsalma planına qoşulmaq istədiyini bildirib. Klub təklifində 70 min tamaşaçı tuta biləcək yeni stadionun konsepsiyasını təqdim edib.
Layihə bərpa olunan enerji mənbələrindən istifadə və suyun təkrar emalı sisteminin tətbiqi yolu ilə İtaliyada ən ekoloji cəhətdən təmiz stadionun tikintisinə hesablanıb.
Bundan əlavə, "Milan" yeni arenanı “əlçatanlığın etalon"a çevirmək istəyir ki, əlilliyi olan azarkeşlər stadionun istənilən yerində matçları təhlükəsiz izləyə bilsinlər. Eyni zamanda, yeni stadionda klub muzeyinin, yeni ofisin, otelin və əyləncə mərkəzinin yerləşdirilməsi planlaşdırılır.
Mirağa