Hüquqları "Atletik Bilbao"ya məxsus olan 21 yaşlı ispaniyalı hücumçu Niko Uilyamsın karyerasını İngiltərə Premyer Liqa klubunda davam etdirmək variantı var.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Brayton" "Barselona"nın da istədiyi perspektivli oyunçu ilə müqavilə bağlamaqda maraqlıdır. İngiltərə klubu növbəti transfer pəncərəsində futbolçunu heyətinə cəlb etməyə çalışacaq.
Uilyams İspaniya çempionatının bu mövsümündə dörd oyun keçirib, iki məhsuldar ötürmə edib. Hücumçunun müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır və onun transfer qiyməti 30 milyon avrodur.
Mirağa