Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika və Azərbaycan seçmələrinə qarşı keçirəcəkləri matçlardan danışıb.
Fanat.Az xəbər verir ki, o, hər iki matça qələbə üçün çıxacaqlarını deyib:
“Bir neçə futbolçunun durumu qeyri-müəyyəndir. Bunlar David Alaba, Marsel Zabitser, Ştefan Poş və Mixael Qreqoriçdir. Hazırkı durumda onların qarşıdakı matçlarda iştirak şansları az görünə bilər. Məhz bu üzdən əlavə bir-iki nəfərə dəvət göndərdim. Zədəlilərimizin sayı az deyil. Bu üzdən qarşıdakı matçlar asan olmayacaq. Buna baxmayaraq, nikbinliyimizi qoruyuruq. Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq”.
Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək avstriyalılar bu görüşdən 3 gün sonra Bakıda Azərbaycan millisini sınağa çəkəcək.