Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” doğma meydanda “Konyaspor”la qarşılaşıb.
Meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşan görüşdə millimizin üzvü əsas pay sahibi olub. Start heyətində meydana çıxan və 78-ci dəqiqədə əvəzlənən Dadaşov dubla imza atıb. Komandasının ilk iki qolunu məhz Renat vurub. O, 22-ci dəqiqədə penaltidən, 55-ci dəqiqədə isə başla fərqlənib.
“Hatayspor” 8 turdan sonra 14 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.