"Estoniya "dişimizə görə" rəqibdir. İnanırıq ki, bizimkilər bu gün yaxşı nəticə ilə dönəcəklər".
Bunu Fanat.Az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan millisinin səfərdə Estoniyaya qarşı keçirəcəyi AÇ-2024-ün seçmə oyunu barədə danışarkən deyib.
43 yaşlı mütəxəssis millidən hər iki oyunda uğurlu nəticə gözlədiyini söyləyib: "Hər oyuna qələbə əzmi ilə çıxmaq gərəkdir. Estoniya uyğun olan rəqibdir. Avstriya millisiylə isə evdə qarşılaşacağıq. Rəqibin adından, mövqeyindən çəkinmək lazım deyil".
Qeyd edək ki, bu gün Tallindəki "A. Le Koq Arena"da baş tutacaq Estoniya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Nahid Məmmədov