Dünən futbol üzrə Azərbaycan millisi AÇ-2024-ün seçmə məhələsi çərçivəsində Estoniya yığmasının qonağı oldu. Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşdı.
"Kəpəz"in baş məşqçisi Azər Məmmədovla əlaqə saxlayıb Tallindəki oyun və 3 gün sonra Bakıda baş tutacaq Avstriya ilə matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Millimiz Belçika ilə də yaxşı oynamışdı. Çatışmayan qol idi ki, Estoniyaya qarşı müsbət oyunun davamını gətirərək fürsət tapdıqları qol epizodlarından yararlana bildilər. Bunun məntiqi nəticəsi idi ki, sonda qələbə qazandıq. Düşünürəm ki, millimiz iki oyundur pis təsir bağışlamır. Belə davam etsək, yaxşı nəticələr də gələcək. Məncə, nəticə oyuna görə oldu".
Nahid Məmmədov